Cihan oynadı, "Sivasspor" uduzdu

Cihan oynadı, "Sivasspor" uduzdu

Türkiyə Kubokunda qrup mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, Cihan Özkarının çıxış etdiyi "Sivasspor" "Bursapor"un qonağı olub.

Oyun Bursa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sivasspor"un baş məşqçisi Roberto Karlos Cihanı 85-ci dəqiqədə Hakan Arslanın yerinə meydana buraxıb.

Qeyd edək ki, A qrupunun digər oyununda "Akhisar Bələdiyyəspor" səfərdə "Eskişəhərspor"u məğlub edib - 2:0.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər