Buz altında məşq

Buz altında məşq
Norveçin "Valeranqa" klubunun baş məşqçisi Kjetil Rekdal maraqlı addım atıb. Fanat.az xəbər verir ki, ölkə kulbları yeni mövsümün hazırlıqlarını futbol meydanlarında davam etdirdiyi vaxtda Rekdal komandasına Nordmarka bölgəsindəki Sonqsvanna apararaq buz altında hazırlıq keçir.
Belə ki, futbolçular 5 dərəcə şaxtada bellərinə bağlanmış ip vasitəsi ilə buzun üzərində açılmış dəlikdən aşağıya göndərilir. Buzun altında üzən futbolçulardan Niklas Qunnarsson "Bizim üçün böyük dəyişlik oldu. Buzun altında üzərkən qorxulardan xilas olduq və daha güclü olmağı öyrəndik. Məşqimiz adrenalin yüklü oldu" deyib.
Matias Blaarud isə Nordmarkaya gedərkən saunaya yollanacaqlarını düşünüb: "Mən saunaya girəcəyimizi düşünürdüm, amma buzun altında üzdük və gecəni əsgərlər kimi meşədə keçirdik". 
Yarımmüdafiəçi Nikolay Höq isə ilginc idman sayəsində həyatda qalmaq istədiklərini bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər