Bolqarıstan yığmasının hücumçusu Azərbaycanda?

Bolqarıstan yığmasının hücumçusu Azərbaycanda?
Bolqarıstan yığmasının üzvü Spas Delev karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə bolqarıstanlı həmkarlarımız məlumat yayıb.
Məlumatda bildirilir ki, İspaniyanın "Las Palmas" klubundan kənarlaşdırılan və azad agent olan hücumçu Bolqarıstan və Azərbaycan klublarından təklif alıb. Ölkəmizdən aldığı təklifi bəyənən Delev qısa zamanda Premyer Liqada peyda ola bilər.
Qeyd edək ki, 24 yaşlı hücumçu yayda "Las Palmas"a keçib. O, İspaniya klubunun heyətində 7 oyun keçirib. Delev əvvəllər Bolqarıstanın "Pirin", ÇSKA və Türkiyənin "Mersin İdman Yurdu" klublarında çıxış edib. 2011-ci ildən yığma komandaya dəvət alan hücumçu 9 oyunda meydana çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər