Dimitr Berbatov karyerasını Fransa çempionatında davam etdirəcək. Fanat.az xəbər verir ki, məşhur bolqar hücumçu "Monako"ya keçib.
33 yaşlı forvard Fransa klubunda mövsümün sonunadək icarə əsasında çıxış edəcək. Radamel Falkaonu uzun müddətə itirən "Monako" Berabatovu "Fulhem"dən icarəyə götürməli olub.
Qeyd edək ki, 2012-ci ildən "Fulhem"də oynayan Berbatov 54 oyunda 20 qol vurub. Əvvəllər vətənində ÇSKA (Sofiya), Almaniyada "Bayer", İngiltərədə "Tottenhem" və "Mançester Yunayted"in formasını geyinmiş forvard Bolqarıstan yığmasında 78 oyun keçirərək 48 qol vurub.
Fanat.az