“Boksun atası” öldü

“Boksun atası” öldü
Ümumdünya Boks Şurasının (WBC) prezidenti Xose Süleyman 83 yaşında dünyasını dəyişib. Fanat.az xəbər verir ki, oğlu Maurisio Süleyman atasının uzun sürən xəstəlikdən öldüyünü bildirib.
 
Xose Süleyman kardioloq müdaxilələri səbəbindən son aylarını xəstəxanada keçirib. WBC-dən verilən açıqlamada mərhum prezident “boksun atası” kimi dəyərləndirilib.
 
Qeyd edək ki, Xose Süleyman 1931-ci ildə Meksikada əslən livanlıların ailəsində doğulub. O, 16 yaşından həvəskar boksla məşğul olmağa başlasa da, karyerası inzibati işlərdə daha uğurlu alınıb. X.Süleyman 1968-ci ildə WBC-yə daxil olub, bundan 8 il sonra isə qurumun əvəzsiz prezidenti seçilib. 6 dildə danışmağı bacaran prezident boksçuları zədələrdən qorumağa kömək edən bir sıra qaydalar fikirləşib. 2007-ci ildə onun adı Beynəlxalq Boks Şöhrəti Zalına salınıb.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər