Bizimkilər oynamadı, "Fethiyespor" uduzdu

Bizimkilər oynamadı, "Fethiyespor" uduzdu

Türkiyənin PTT 1-ci liqasında XII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Davud Kərimi və Nurlan Novruzovun çıxış etdiyi "Fethiyespor" "Bucaspor"un qonabğı olub.

Oyun Buca təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kütahya klubunun baş məşqçisi Davud Kərimini ehtiyatda saxlayıb. "Bakı"nın "Fethiyespor"a icarəyə verilən Nurlan Novruzov isə "18-liy"ə düşməyib. Görünür klub onun üçün hələ lisenziya ala bilməyib.

Qeyd edək ki, "Fethiyespor" 22 oyundan sonra 19 xalla 16-cı pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər