Biabırçılığın memarı danışdı: "Hamı günahkardı"

Biabırçılığın memarı danışdı: "Hamı günahkardı"
"Çox məyusuq. Komandamızın növbəti mərhələyə çıxmaq potensialı var idi. Məğlubiyyətdə bütün komanda günahkardı. İlk növbədə də mən". Fanat.az xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatında İtaliyaya 0:7 hesabı ilə uduzan milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis biabırçılığı şərh edib: "Belə vəziyyətdə məğlub olmaq çox üzücüdü. İlk hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda eyni sayda qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər çoxalmağa başladı. Avropa çempionatını belə tez tərk etməməli idik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər