Berti Foqtsla Böyükağa Hacıyev bir arada

Berti Foqtsla Böyükağa Hacıyev bir arada
Azərbaycan milli komandanın baş məşqçisi Berti Foqts və onun köməkçisi Volfqanq Rollf Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşqlərini və yoxlama oyunlarını izləyir, baş məşqçilərlə görüşlər keçirir. Fanat.az xəbər verir ki, almaniyalı mütəxəssislər bu gün “Mardan Sport Complex”də “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə görüşüb və fikir mübadiləsi aparıb. 
Qeyd edək ki, Foqts Antalyada olduğu müddətdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli, “Simurq”un baş məşqçisi Ceorgi Çixradze və Türkiyənin “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla da görüşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər