Ruslan Abışovun çıxış etdiyi "Rubin"in düşərgəsini ziyarət edən millimizin baş məşqçisi Berti Foqts Kazan klubunun rəsmi saytına müsahibə verib.
- Türkiyəyə Azərbaycan yığmasının oyunçularını izləməyə gəlmişəm. Bu dairədə Azərbaycandan altı komanda məşq edir. “Rubin”in məşqində isə məni Ruslan Abışov maraqlandırır. Bundan başqa, “Rubin”in məşqçisi ilə söhbət etmişəm. Burada yaxşı şərait var ki, söhbətləşəsən. Hava da xoşdu, heç bir təzyiq yoxdu. Məşqin gedişinə gəlincə, hazırda bu, məni ən az düşündürür.
- Siz baş məşqçi Rinat Bilyaletdinovla tanışsınız?
- Bəli, onu tanıyıram. Almaniyada görüşmüşük. Rinat bir müddət orda yaşayıb. Yeri gəlmişkən, almanca yaxşı danışır. Qarşıdakı oyunlarda ona uğurlar arzu etdim. Görünür ki, bu məşqçinin rəhbərliyi altında oyunçular özlərini rahat hiss edir.
- Bəs Ruslan Abışov haqda nə deyə bilərsiniz?
- Komandamda Abışov kimi futbolçum olduğuna şadam. O, ən yaxşı oyunçularımdan biridi. Mən onunla bir qədər söhbətləşdim. Klubda niyə mütəmadi oynamadığını soruşdum. Bilirəm ki, hər bir məşqçinin öz oyun baxışı var. Sabiq məşqçi Ruslanı əsas heyətdə görmürdü. Ümid edirəm ki, yeni məşqçinin rəhbərliyi altında Abışov daha da inkişaf edəcək. Hər halda, Ruslana uğurlar arzu edirəm.
- Sizcə, niyə Abışov klubda az oynamasına rəğmən, yığmada liderlərdən biri olaraq qalırdı?
- Abışov həqiqətən də yığmanın lideridi və ümid edirəm ki, “Rubin”də də lider olacaq. O, kifayət qədər gəncdi və xarici klubda çıxış etməyə bir qədər təcrübəsi çatmır. Əminlik çatmır. Axı o, Fransa ya İspaniyadan deyil, sadəcə Azərbaycandan gəlib. Ancaq o, meydanı yaxşı görən, yaxşı ötürmələri olan və texniki cəhətdən hazırlıqlı əla yarımmüdafiəçidi.
- Avropa Liqasınd “Rubin”in “Betis”ə qarşı oyunda proqnozunuz nədi?
- İlk oyun harada keaçiriləcək? İspaniyada? Bu, “Rubin” üçün yaxşıdı. Cavab görüşünü evdə, azarkeşlərin dəstəyi altında keçirmək vacib üstünlükdü. Bu, oyunçulara inam verəcək. Düşünürəm ki, “Rubin” növbəti mərhələyə keçəcək. Komandanıza çempionatda və Avropa Liqasında uğurlar arzu edirəm. Rusiya yığmasına isə dünya çempionatında.
runbin-kazan.ru