"Təxminən bir il əvvəl bu komandalar Orqeyevdə qarşılaşmışdı. Həmin vaxt da oyun 1:1 hesabı ilə başa çatmışdı". Fanat.az xəbər verir ki, bu sözləri Moldova ilə yoxlama oyunundan (1:1) sonra 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert deyib.
Alman çalışdırıcı millimizin yeniləndiyini bildirib: "Moldova ilə bundan əvvəlki qarşılaşmada oynayan heyətdən bu gün meydana 3 nəfər çıxmışdı. 5 oyunçumuz artıq əsas yığmaya cəlb edilir. Heyəti demək olar ki, tamamilə yeniləmişik. Növbəti təsnifat mərhələsinə hazırlaşırıq".
Lippert nəticədən razı qaldığını deyib: "Heç-heçəyə görə çox şadam. Düşünürəm ki, Norveçlə seçmə oyunu ərəfəsində yaxşı oynadıq. Futbolçularımız istəkli görünür, mübarizə aparırdı. Qapıçının axmaq səhvindən qol buraxdıq. Hesab edirəm ki, qapıçımızın görmə ilə bağlı probleminin olması və stadiondakı işıqlandırmanın zəifliyi bu qola səbəb oldu. Tamaşaçılar gözəl oyun izlədi. Moldova güclü komandadı, ikinci hissədə sürətli oynadı".
Fanat.az