Aziz Yıldırıma sürpriz təklif

Aziz Yıldırıma sürpriz təklif

"Fənərbaxça" məhkəmə qərarı ilə prezidentliyinə qadağa qoyulan Aziz Yıldırım üçün sürpriz təklif hazırlayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun Yüksək Divan Kurulunun rəhbəri Yüksel Günay məlumat verib.

O, bildirib ki, 25 yanvarda keçiriləcək iclasda Aziz Yıldırıma fəxri prezidentlik təklif edəcəklər: "Biz Aziz Yıldırımın rəsmi şəkildə prezidentliyini bitirməyə məcbur olsa da, sonsuzadək "Fənərbaxça" prezidenti qalmasını istəyirik. Onunla bu barədə hələ danışmamışıq. Çünki hazırda ölkə xaricindədi. Gələn həftə vətənə dönəcək. Bununla bağlı söhbət edəcəyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər