Hazırlıqlarını Bakıda davam etdirən AZAL üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Vaqif Sadıqov yetirmələrini "Şahdağ"la oyunda sınayıb.
AZAL I divizion təmsilçisini 5:1 hesabı ilə darmadağın edib. Paytaxt klubu bu gün daha bir oyun keçirəcək və "Sumqayıt"la qarşılaşacaq.
Qeyd edək ki, AZAL yanvarın 15-də də 1 gündə 2 oyun keçirmişdi. Həmin gün “Şuşa”ya 3:0 hesabı ilə qalib gələn "təyyarəçilər" “Qaradağ"a uduzmuşdu - 2:3.
Fanat.az