17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup mərhələsi Avstriyada təşkil olunmuş 11-ci beynəlxalq "Delle Nazioni" turnirində üçüncü oyununu keçirib. Fanat.az xəbər verir ki, futbolçularımız Yaponiya yığması ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Səid İbadov fərqlənib.
Qeyd edək ki, yığmamızın bu turnirdə keçirdiyi əvvəlki oyunlar da eyni hesabla heç-heçə yekunlaşmışdı. Futbolçularımız Çili və Xorvatiya komandaları ilə xalları yarı bölmüşdü.
Fanat.az