Avropanın önündə rəzil olduq: 0:7

Avropanın önündə rəzil olduq: 0:7
Belçikanın Antverpen şəhərində keçirilən futzal üzrə Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığması bu gün qrup mərhələsi çərçivəsində ikinci və sonuncu oyununu keçirib.
İlk oyunda Sloveniyanı 7:6 hesabı ilə yenən millimiz İtaliyanı sınağa çəkib. Əslində, qrup lideri olmaq üçün yığmamıza qələbədən əlavə, heç-heçə də kifayət edirdi. Bundan başqa, istənilən milimal hesablı yenilgi də komandamızın mübarizəni davam etdirməsinə şərait yaradacaqdı. 
Millimiz nəyinki özünə lazım olan hesabı təmin edə bilməyib, hətta bütün dünyaya rəzil olub. Belə ki, İtaliya yığmamızın qapısına 7 cavabsız top vurub. 
Avropa çempionatı
Qrup mərhələsi
C qrupu
2 fevral
21.30 Azərbaycan - İtaliya 0:7
Qollar: Romano, 01,33. Fortino, 03,22. Honorio, 15,14. Vampeta, 24,45. Lima, 26,57. Mammarella, 30,58. Miarelli, 39,30.
Azərbaycan: 1. Laersio Buranello, 5. Felipe, 6. Edu, 9. Amadeu, 18. Auqusto. 19. Elnur Zamanov, 2. Seymur Məmmədov, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev, 10. Biro Jade, 13. Elnur Qəmbərov, 14. Vitali Borisov, 15. Rafael, 17. İsa Atayev.
İtaliya: 1. Stefano Mammarella, 3. Qabriel Lima, 4. Serxio Romano, 10. Merlim, 11. Saad. 12. Mişel Miarelli, 2. Marko Erkolessi, 5. Luka Leggiero, 6. Humberto Honorio, 7. Massimo De Luka, 8. Vampeta, 9. Fortino, 13. Daniel Giasson, 15. Murilo.
Sarı vərəqələr: Laersio Buranello, 07,04. Amadeu, 23,12. Rafael,  39,32 
(Azərbaycan).

1

İtaliya

2

2

0

1

9-3

3

2

Sloveniya

2

1

0

1

9-9

3

3

Azərbaycan

2

1

0

1

7-13

3

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər