Atası Ryan Giqqzi təhqir etdi: "Saxtakar, yalançı..."

Atası Ryan Giqqzi təhqir etdi: "Saxtakar, yalançı..."

David Moyesin istefasından sonra "Mançester Yunayted"ə başçılıq edən Ryan Giqqz ilk zərbəni atasından alıb. Fanat.az xəbər verir ki, Danni Uilson oğlunu ağır sözlərlə tənqid edib.

Məlumat üçün xatırladaq ki, Ryan Giqqz qardaşı Rodri Giqqzin həyat yoldaşı ilə eşq münasibəti yaşamış və bu münasibət mətbuat səhifələrinə çıxmışdı. Atası Ryanı bu səbəbdən bağışlaya bilmir.

"The Sun"a danışan Danni Uilson oğlunu saxtakar və yalançı adlandırıb: "Mən ona hamam vannasını su ilə doldurmağı belə etibar etmərəm. "Mançester Yunayted"in baş məşqçisi kimi heç güvənmirəm. Ryan saxtakar, yalançı adamdı. "Mançester Yunayted"li futbolçular ona necə güvənər? İnsanı gördüyü işə görə dəyərləndirərlər. Yaxşı futbolçu olduğunu qəbul edirəm, amma ağlı başqa şeylərdədi. Mənə və qardaşına etdiyi pisliyə görə üzr belə istəmədi. Mən xərçəng xəstəsiyəm. Durumumu belə soruşmadı. Baş məşqçiyə etimad olmalıdı. Futbolçu kimi ona hörmət edilə bilər. Amma qardaşına çox böyük pislik etdi. Oğlum Rodri də onun "Mançester Yunayted"in baş məşqçisi olduğunu öyrəndikdən sonra "Siçan ilan kimi sürünər, gedər" mesajını göndərdi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər