Albaniya yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Canni De Biasi martın 5-də Malta ilə yoldaşlıq oyunu üçün 19 futbolçuya dəvət göndərib.
Baş məşqçi Azərbaycan Premyer Liqasını da yaddan çıxarmayıb. Belə ki, "Qarabağ"ın üzvü Ansi Aqolli millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqibi ilə oyuna dəvət alıb. Ağdam klubunun digər müdafiəçisi Admir Teli isə milliyə çağırılmayıb.
Fanat.az