Nazim Süleymanov istefa verəndə Böyükağa Hacıyev "Neftçi" hazır maşındı" deyirdi. Amma qocaman mütəxəssis 6 turdu "hazır maşını" işə sala bilmir. Son 3 ilin çempionu bu 6 oyunda düz 13 xal itirib, 5-ci pilləyə yuvarlanıb, qapısında 12 qol görüb, 5 futbolçusu qırmızı vərəqə alıb. Bir sözlə, Hacıyevin "hazır maşın"ı bataqlığa düşüb, çıxa bilmir.
Nə isə, çox uzatmadan keçək mətləbə. Artıq neçənci dəfədi "Neftçi"nin qocaman baş məşqçisi ilə əlaqə saxlamağa çalışırq, hər dəfə cəhdlərimiz boşa çıxır. Nəticədə Böyükağa bəyə ünvanlamaq istədiyimiz suallar ürəyimizi deşir. Belə qərara gəldik ki, Hacıyevə ulaşmayan süallarımızı sayt vasitəsi ilə ünvanlayaq. Bəlkə insafa gəlib, cavablayar...
Hə, bir də oxuculara deyəcəklərimiz var. Əgər Hacıyev bu dəfə də sualları cavabsız qoyacaqsa, o zaman siz cavablandırın. Sizcə, Böyükağa bəy bu sualları necə cavablandırardı? Saytın şərhlər bölməsində cavablarınızı gözləyirik.
Fanat.az-ın Böyükağa Hacıyevə ulaşamayan sualları.
1. Böyükağa bəy, sizi baba olmağınız münasibəti ilə təbrik edirik. Artıq nəvələrlə oynamaq vaxtı çatmayıb ki?
2. Əgər "Neftçi"də Kardoso və Bertuççini əvəz edə biləcək futbolçu yox idisə, bu komandaya necə "hazır maşın" deyirdiz?
3. "Qəbələ" ilə oyundan əvvəl Kardoso və Bertuççi zədə alsa, günahı göydə axtarmayacaqsınız ki?
4. Bu günlərdə Kiyev klublarından sərfəli təklif olsa, gedərsiz?
5. "Sumqayıt"la oyunu təkrarlamaq imkanı olsaydı, "Qarabağ"la oyunu qurban verərdiz?
6. Suallarımız sifarişliyə oxşamır ki?
Fanat.az