Abdulla Avcı "Rəvan"ın düşərgəsində - FOTO

Abdulla Avcı "Rəvan"ın düşərgəsində - FOTO
Mövsümün ikinci yarısına hazırlıqları Türkiyədə davam etdirən "Rəvan” gündə 2 dəfə olmaqla məşq edir. Fanat.az xəbər verir ki, səhər məşqləri əsasən fiziki, axşam çalışmaları isə taktiki-texniki yöndə olur. 
Bu gün yerli vaxtla günorta saatlarında isə düşərgəmizə tanınmış bir sima təşrif buyurub. Türkiyə millisinin sabiq baş məşqçisi, tanınmış mütəxəssis Abdulla Avcı tanışları ilə birgə "Rəvan"a baş çəkib. Baş məşqçi Güvənc Kurtarla çox yaxın dost olan Abdulla hoca rəhbərlik və məşqçilər heyəti ilə təxminən 1 saat ərzində fikir mübadiləsi aparıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər