7 ildən sonra 2-ci het-trik

7 ildən sonra 2-ci het-trik
"Qalatasaray" Super Liqanın XIX turunda "Bursaspor"u 6:0 hesabı ilə yenib. Fanat.az xəbər verir ki, qollardan 3-nə Uesli Sneyder imza atıb.
Holland ulduz karyerası ərzində ikinci dəf het-trik edib. 57 dəqiqə meydanda olan, 13, 20 və 43-cü dəqiqələrdə "Bursaspor"un qapısına yol tapan Sneyder 7 il sonra bir matçda 3 qol vurub. O, karyerasının ilk het-trikinə 2007-ci ilin 4 fevralında "Ayaks"la "Feyenoord" matçında imza atmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər