312 gündən sonra qələbə

312 gündən sonra qələbə

Xəbər verdiyimiz kimi “Rəvan”nın qələbəsiz oyunlar seriyası başa çatıb. Topaz Premyer Liqasının XXIV turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən Güvənc Kurtarın yetirmələri 18 oyunluq həsrətə son qoyublar. Bakılılar sonuncu dəfə 5-ci turun “Sumqayıt”la səfər oyununda qalib gəlmişdi. “Rəvan” 181 gün əvvəl - ötən il avqustun 31-də olduğu kimi yenə də 1:0 hesablı qələbə ilə 3 xal qazanıb.

Sumqayıtdakı qələbəsi səfərdə qeydə alındığından “Rəvan” mövsümdə ilk dəfə evdə 3 xal qazanıb. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisinin öz meydanındakı son qələbəsi ötən mövsüm qeydə alınmışdı. 2013-cü il aprelin 22-də “Turan”ı məğlub edən “Rəvan” 312 gündən sonra qonaqları xalsız qoya bildi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər