Qurban Qurbanov məğlubiyyətdən danışdı

Qurban Qurbanov məğlubiyyətdən danışdı

"Xəzər Lənkəran"ı qələbə münasibəti ilə təbrik edirəm. Təbii ki, biz də qalib gəlmək istəyirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdılar, onlara iradım yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan (0:1) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov məğlubiyyəti dəyərləndirib: "Komanda 90 dəqiqə ərzində gücünü düzgün bölə bilmədi. 3-4 turdan sonra futbolçuların lazımi formada olacağını düşünürəm. Rəqibi Antalyada da izləmişdim, oyun üslubunda fərq yoxdu. Standart vəziyyətlərdə Skarlatakenin təhlükəli olduğunu bilirdik, amma öz qolunu vurdu. Hər iki hissəyə pis başladıq. Rəqib nəticə üçün hər şey etdi, qələbə qazandı. Təcrübəli futbolçulardan təşkil olunmuş komandadı. Komandamızın bir futbolçudan asılı olduğunu düşünmürəm. Bir neçə futbolçu olmaması oyun sisteminə təsir edir".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər