FIFA milli komandaların 2014-cü il üçün ilk reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, ötən ilin son reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.
Millimiz yenə 94-cü pillədə qərarlaşıb. Komandamızın aktivində 363 xal var. Növbəti reytinq cədvəli fevralın 13-də açıqlanacaq.
Fanat.az