10 dəqiqədə 8 avtoqol - QALMAQAL

10 dəqiqədə 8 avtoqol - QALMAQAL
İtaliya futbolunda qalmaqalların ardı-arası kəsilmir. Fanat.az xəbər verir ki, Sicilya Kubokunda dünya futbolunda görünməmiş hadisə baş verib.
Belə ki, "Borqata Terrenove" və "Baqeriya" arasındakı matçda ikincilərin oyunçuları 10 dəqiqə ərzində öz qapılarına 8 qol vurublar. "Baqeriya"ya qrupdan çıxmaq üçün 1 xal lazım olub. "Borqata Terrenove" isə son 10 dəqiqəyə 4:3 hesabı ilə öndə girib. Bundan sonra qonaq komandanın 3 futbolçusu 8 apvtoqola imza ataraq matçın 12:3 hesabı ilə bitməsinə səbəb olublar.
"Borqata Terrenove"nin baş məşqçisi İqnazio Çianetta matçdan sonra verdiyi açıqlamada oyunun nəticəsinə təsir etmədiklərini, bu vəziyyəti "Baqeriya"lı oyunçuların yaratdığını bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər