Zidan milli komandada

Zidan milli komandada
Zinədin Zidanın oğlu Enzo Zidan Fernandes Fransa millisinə dəvət alıb. Fanat.az xəbər verir ki, kiçik Zidan ölkənin 19 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb.
Fransa U-19-u 3-5 mart tarixlərində Klayrefontaynedə təlim-məşq toplanışda olacaq və tibbi müayinədən keçəcək. Zidanın oğlu da bu toplaışa qatılacaq.
Qeyd edək ki, Enzo Zidanın həm Fransa, həm də İspaniya vətəndaşlığı var. İndiyədək onun hansı ölkənin yığmasını seçəcəyi maraqla gözlənilirdi. Kiçik Zidan atasının yolundan gedərək Fransa millisinə üstünlük verib.
Fransanın aşağı yaş qrupları üzrə koordinatoru Uilli Saqnol Zidanın qərarını belə şərh edib: "O, Fransa millisinin formasını geyinməyə qərar verdi. Amma gələcəkdə qərarını dəyişərək, başqa ölkənin A millisində forma geyinə bilər. Hələlik isə Fransa millisində çıxış etmək istəyir.
Qeyd edək ki, 18 yaşlı Enzo Zidan hazırda "Real"ın C komandasının formasını geyinir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər