Yuri Syomin: "Oyunun keyfiyyəti ürəyimcə olmadı"

Yuri Syomin: "Oyunun keyfiyyəti ürəyimcə olmadı"
Yuri Syomin AZAL-la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin rusiyalı baş məşqçisi oyundan nəticədən razı qalıb: 
"İlk dəfədi ki, burada qalib gəlirik. Nəticə çox yaxşıdı, futbolçular oyuna ciddi yanaşmışdılar. Oyunun keyfiyyəti ürəyimcə olmadı, daha yaxşı oynaya bilərdik. Bundan öncəki oyunu daha yaxşı oynamışdıq, lakin nəticə hər şeydən önəmlidi. Müdafiədə yaxşı oynadıq, AZAL-a qol imkanı vermədik. Səfərdə oynadığımız üçün özümüz də çox qol imkanı yaratmadıq. Rafael və Kamran bu gün çox yaxşı oynadılar, etimadı doğrultdular. Biz onlara etibar edirik, hər səhvə görə futbolçunu ehtiyata göndərmək olmaz. Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşadıra bilərəm. Hər kəs səhv edə bilər".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər