Yuri Syomin "Neftçi" ilə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqisi narahatçılığa əsas olmadığını ldeyib:
"Bu cür gərgin oyunlarda bəsit səhvlərə çox yol veririk. Hesabda geri düşdükdən sonra isə oyunu bərabərləşdirməyə çalışırıq. Daha zəif komandalarla oyunlarda bu alınır, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərlə isə alınmır. Komandanın ikinci dövrədə zəif çıxış etməsində ümumi problemlər var. Turnir cədvəlində yüksək yerlərdəyik, yeni transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdı. Möcüzə birdən baş vermir, səbrli olmaq lazımdı. Etibarımı itirmək kimi qorxum yoxdu. Komandanın keçən və bu mövsümdə hansı mövqelərdə olduğunu müqayisə edin. İrəliləyiş var, ya yox?".
Fanat.az