"Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o da qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis məğlubiyyətə rəğmən futbolçularından razı qalıb: "Stadionda yaxşı futbol əhval-ruhiyyəsi var idi, meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundu ki, “Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha yaxşı oynamışıq".
Syomin Marat İzmaylovun debütündən danışıb: "İzmaylov mükəmməl ötürmələr edirdi. Onun ötürməsindən sonra Viktor Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o, Lorenze Ebesiliodan daha yaxşı oynadı".
Fanat.az