Yuri Syomin "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi komandasından razı qalıb:
"Qarabağ"la iki gərgin oyunumuz oldu. İki komandadan biri növbəti mərhələyə çıxmalıydı. Bu mövsüm ilk dəfədi ki, “Qarabağ”a qalib gəlirik. Komanda intizamlı oynadı. Matçdan öncə problemimiz var idi. Dörd aparıcı futbolçumuzun xidmətindən yararlana bilmirdik. Amma onların mövqeyində çıxış edənlər zədəliləri layiqincə əvəzlədilər. Hakimliklə bağlı heç bir fikir bildirmək istəmirəm. İbrahima Niassenin zədəsi ciddidi. Artıq kubok oyunları geridə qaldı və biz komandanı bərpa edib çempionata köklənməliyik".
Qeyd edək ki, bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab matçında 2:1 hesablı qələbə qazanan "Qəbələ" yarımfinala çıxıb.
Fanat.az