Yuri Syomin "Neftçi" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi istefa vermək niyyətində olmadığını deyib:
“Gərgin oyun oldu. “Neftçi”yə əvvəlki oyunlarda məğlub olmuşduq. Turnir cədvəli baxımından bu gün qalib gəlmək vacib idi. Oyunun sonluğunu yaxşı bitirdik. Rəqibin oyunçusu Karlos Kardoso ilə problem yaşamadım, futbolda belə şeylər olur. Kubokun finalına hələ çox qalıb. Ayın 7-də növbəti çempionat oyunumuz var, hazırda onu düşünürəm. Rəqiblə bu mövsüm artıq 4 dəfə qarşılaşmışıq, bir-birimizdən gizlətməli heç nəyimiz yoxdu. Gözəl oyun olacaq, əsas odu ki, azarkeşlər tribunaları doldursun. Mənim istefam haqqında rəhbərliklə heç vaxt söhbətimiz olmayıb. Müqaviləmiz var, rəhbərliklə normal münasibətdəyik, işimə davam edirəm”.
Fanat.az