Yığmanın yeni məşqçisi açıqlandı

Yığmanın yeni məşqçisi açıqlandı
Portuqaliya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, yığma komanda Fernando Santosa tapşırılıb. 59 yaşlı mütəxəssis bu postda bir müddət əvvəl istefaya göndərilən Paulo Bentunu əvəzləyəcək. Dünən Portuqaliya yığmasının Roberto Mançiniyə tapşırılacağı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Fernando Santosun son iş yeri Yunanıstan millisi olub - 2011-2014. O, əvvəllər Portuqaliyanın "Estoril", "Estrela da Amadora", "Portu", "Sportinq", "Benfika", Yunanıstanın AEK, "Panatinaikos" və PAOK klublarını çalışdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər