Yığmamız ABŞ-da neçə oyun keçirəcək?

Yığmamız ABŞ-da neçə oyun keçirəcək?
Milli komandamız mayın 28-də San-Fransiskoda ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Amerika toplanışı zamanı Berti Foqtsun daha bir sınaq matçında yetirmələrini sınaqdan keçirmək istəyi ilə bağlı məlumat vermişdik.
Lakin alman çalışdırıcının bu istəyi baş tutmayacaq. Fanat.az xəbər verir ki, AFFA-nın axtarışları nəticəsiz qalıb. Həmin vaxt ABŞ-da olan yığmaların planlarını əvvəlcədən tərtib etmələri səbəbindən millimiz üçün rəqib tapmaq mümkün olmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər