Yerlilər bu tur da “yatdı”

Yerlilər bu tur da “yatdı”

Topaz Premyer Liqasının XXIX turunda vurulan bütün qollara legionerlər imza atıb. Fanat.az xəbər verir ki, 5 qarşılaşmada vurulan 7 qolun heç biri yerli futbolçuların hesabına yazılmayıb.

 

 

 

Yalnız əcnəbilərin vurduğu turda braziliyalılar hamıdan çox – 3 qol vurub. Kamerunlular isə 2 dəfə fərqlənib. Digər 2 qol Rusiya və Gürcüstan təmsilçiləri hesabına yazıb.

 

 

 

Qeyd edək ki, cari mövsümdə turun bütün qollarının legionerlər tərəfindən vurulmasına ikinci dəfə təsadüf olunur. İlk belə hal VIII turda qeydə alınmışdı. Onda cəmi 2 qol vurulmuşdu.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər