XXVI turun ən yaxşıları müəyyənləşdi

XXVI turun ən yaxşıları müəyyənləşdi
Topaz Premyer Liqasında XXVI turun ən yaxşıları müəyyənləşib. Fanat.az xəbər verir ki, turun ən yaxşı oyunçusu "Qarabağ"ın forvardı Vüqar Nadirov olub.
Topa sahib olmada, qapıya zərbələrdə, dəqiq ötürmələrdə “Simurq” digər komandalardan üstün olub. “Bakı” mübarizələrdə və top itkilərində fərqlənib. Ən çox qayda pozuntusuna “Neftçi” futbolçuları yol verib. 
“Xəzər Lənkəran”lı Deyan Blajevski qapıya ən çox zərbə endirən, “Simurq”lu Anderson Oliveyra isə dəqiq ötürmə verən futbolçudu. Onun komanda yoldaşı Benjamin Lambot isə hava mübarizələrində hamıdan üstün olub. “Sumqayıt”lı Uğur Pamuk hamıdan çox - 25 dəfə top itkisinə yol verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər