XXV tur kimin sonu olacaq? - AFİŞA

XXV tur kimin sonu olacaq? - AFİŞA
Bu gün Topaz Premyer Liqasında XXV turun oyunlarına start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə 3 matç baş tutacaq. Son iki matç isə bazar günü keçiriləcək.
Sumqayıtda “bankirlər"i də soyacaqlar?
 
Sumqayıtda meydan sahibi “Sumqayıt” “İnter”i qəbul edəcək. Turnir cədvəlinin sonuncu pilləsində olmasına baxmayaraq, “Sumqayıt” son turlar bütün diiqəti üzərinə cəmləyə bilib. Aqil Məmmədovun yetirmələri “Neftçi”ni məğlub edəndən sonra “Bakı”nın da başını ağrıtdı. “İnter” isə 3 turdu ki, qələbə qazana bilmir. “Sumqayıt” son turlar yaxaladığı tempi saxlaya bilsə, “bankirlər”i də soyacaq. 
Tərəflər çempionatda 7-ci qarşılaşmaya çıxacaqlar. “İnter” Premyer Liqanın autsayderi ilə qarşılaşmalarda böyük üstünlüyə malikdi. Əvvəlki 6 matçdan yalnız birində xal itirən bakılılar rəqibinə nəinki uduzmayıb, heç qapısından qol da buraxmayıb. Baş tutan 6 qarşılaşmadan 4-də isə eyni hesab - 2:0 qeydə alınıb. 
Qeyd edək ki, “İnter” yeni ildə keçirdiyi 6 qarşılaşmada aktvinə 12 xal yazıb (3 qələbə, 3 heç-heçə). 2014-ə ardıcıl 3 qələbə ilə başlayan “bankirlər” ardıcıl 3 oyunda heç-heçə oynayıb. “Sumqayıt” isə son iki turda gözlənilməz nəticələrə imza atıb. Gənclik şəhəri təmsilçisi “Neftçi”ni məğlub edib, “Bakı”dan bir xal alıb. Ümumilikdə “Sumqayıt” yeni ilin 6 oyununda 6 xal qazanıb (1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət).
 
Bayılda son şans da itiriləcək?
 
“Rəvan” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək. Son 2 turda 4 xal qazanan “Rəvan” öz oyununu tapıb. “Xəzər Lənkəran” isə əksinə, son turlar qələbə qazana bilmir. Medallar uğurunda mübarizədə son şansını da itirməmək üçün “ağ-yaşıllar” bu qarşılaşmada mütləq qalib gəlməlidi. 
Tərəflər çempionatda 9-cu dəfə üz-üzə gələcəklər. Eyni sayda qələbə qazanan komandalar, əvvəlki 8 matçın yarısında bərabərliklə kifayətlənib - 2-4-2. “Xəzər Lənkəran”ın 10 qoluna “Rəvan” 7 dəfə cavab. Rəqiblərin Bakıdakı görüşlərində isə tərəflər 1-dən artıq qol vura bilməyib. 
Qeyd edək ki, “Xəzər Lənkəran” 2014-cü ildə keçirdiyi 6 oyunda 9 xal qazanıb (2 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət). Lənkəran klubu son 3 matçın 2-də heç-heçə edib, 1-də məblub olub. "Rəvan" isə 18 matçlıq qələbəsizlik seriyasını ötən tur AZAL-ı yenərək qırıb. Güvənc Kurtarın yetirmələri yeni ildəki 6 oyunda aktvinə 5 xal yazıb (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət).
Şüvəlanda nüfuz mübarizəsi
 
Günün daha bir qarşılaşması Şüvəlanda baş tutacaq. “AZAL Arena”da çempionatın ortababları - AZAL-la “Simurq” qarşılaşacaq. Bu komandaların medallar uğurunda mübarizə aparmaq şansı qalmayıb. Üstəlik onları elitadan düşmə təhlükəsi də gözləmir. Təzyiq altında olmayan komandalar yalnız nüfuz üçün mübarizə aparacaqlar.
Bu, tərəflər arasında çempionatda 21-ci qarşılaşma olacaq. İndiyədək baş tutan 20 oyunda AZAL 8, “Simurq” 4 qələbə qazanıb, 8 qarşılaşma sülhlə bitib. Bakılıların 26 qoluna zaqatalalılar 19 dəfə cavab verə bilib.
 
Zaqatala təmsilçisi ilə görüşlərdə üstünlük AZAL-ın tərəfində olsa da, “təyyarəçilər” son 5 qarşılaşmada qələbə qazana bilməyib. Öz meydanındakı son 3 qarşılaşmada heç-heçə ilə kifayətlənən paytaxt təmsilçisi 6 matçdı ki, qonaqlara uduzmur. 
Qeyd edək ki, AZAL yeni ildə keçirdiyi 6 oyunda cəmi 2 xal qazanıb (2 heç-heçə, 4 məğlubiyyət). “Simurq” isə ardıcıl 3 məğlubiyyətdən sonra ardıcıl xal qazana bilib (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət).
“Qarabağ” bu səddi də adlasa…
 
Turun 2 qarşılaşması martın 9-da keçiriləcək. Hər iki qarşılaşma prinsipiallığı ilə seçilir. Çempionatın lideri “Qarabağ” “Bakı”nı qəbul edəcək. Komandalar ötən tur fərqli nəticələr göstəriblər. “Qarabağ” “Neftçi” üzərində parlaq qələbə qazanıbsa, “Bakı” autsayder “Sumqayıt”ın müqavimətini qıra bilməyib. Qurban Qurbanovun komandası iddialılara qarşı oyunda xoş təsir bağışlayır. “Köhlən atlar” bu qarşılaşmada da qalib gəlsələr, çempionluq yolunda daha bir  ciddi səddi arxada qoymuş olacaqlar. “Bakı” da çempionluğa iddiasını qorumaq üçün bu qarşılaşmada mütləq 3 xal qazanmalıdı. 
Tərəflər çempionatda 45-ci dəfə üz-üzə gələcəklər. “Qarabağ”ın bu rəqiblə oyunlarda minimal üstünlüyü var. Belə ki, ağdamlılar 16, bakılılar 15 qələbə qazanıb, 13 matçda tərəflər hərəyə bir xalla kifayətlənib. “Qarabağ”ın 54 qoluna “Bakı” 48 dəfə cavab verə bilib. Son 2 ev matçında qalib gələn “Qarabağ” son 4 qarşılaşmanın 3-də meydanı 3 xalla tərk edib. Ağdam klubu həmçinin son 4 matçın hamısında rəqib qapısına yol tapıb.
Qeyd edək ki, hər iki komanda 2014-cü ildə uğurlu çıxış edir. “Qarabağ” yeni ildəki 6 matçda 13 (4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), “Bakı” 14 (4 qələbə, 2 heç-heçə) xal qazanıb.
 
Qəbələdə dönüş qarşılaşması
 
Turun ən prinsipial qarşılaşması Qəbələdə baş tutacaq. “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Liderin ən yaxın izləyicisi olan “Qəbələ” bu status qorumaq üçün “Neftçi”yə məğlub olmamalıdı. Qış fasiləsindən sonra uğursuzluq zolağına düşən “ağ-qaralar” üçün də bu qarşılaşma həyati əhəmiyyət kəsb edir. “Neftçi” xal itirəcəyi təqdirdə  nəinki çempionluq, hətta medal qazanmaq şansına da sarsıdıcı zərbə vura bilər. 
Tərəflər çempionatda 23-cü dəfə qarşılaşacaqlar. Əvvəlki oyunların yarısında “Neftçi” qalib gəlib - 11. “Qəbələ” 6 matçda meydanı 3 xalla tərk edibsə, 5 oyunda qalib müəyyənləşməyib. Paytaxt klubunun 32 qoluna bölgə təmsilçisi 20 dəfə cavab verə bilib. Son 4 matçda rəqibinə cəmi 1 xal verən “Neftçi” 4 səfər oyununda meydanı qolsuz tərk etməyib. Ümumilikdə isə son 5 görüşdə hər iki komanda rəqib qapısına yol tapır. 
Qeyd edək ki, hər iki komanda 2014-cü ilə uğursuz başlayıb. “Neftçi” yeni ildəki 6 oyunda cəmi 5 (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət), “Qəbələ” isə 8 xal (2 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət) qazana bilib. Bu baxımdan yanaşsaq, qarşılaşma onlardan biri üçün dönüş nöqtəsi ola bilər.
Topaz Premyer Liqası2013/14 mövsümüIII dövrə, XXV tur8 martSumqayıt - İnterAFFA nümayəndəsi: Eldar Qasımov.Hakim-inspektor: Gülağa Cabbarov.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança. Saat 14.00.Rəvan - Xəzər LənkəranAFFA nümayəndəsi: Vaqif Davudov.Hakim-inspektor: Məhəmməd Məmmədov."Bayıl Arena". Saat 15.00.AZAL - SimurqAFFA nümayəndəsi: Elbrus Abbasov.Hakim-inspektor: Kərim Ağayev."AZAL Arena". Saat 16.009 martQəbələ - NeftçiAFFA nümayəndəsi: Qürbət Həsənov.Hakim-inspektor: Murad Məmmədov.Qəbələ şəhər stadionu. Saat 13.00.Qarabağ - BakıAFFA nümayəndəsi: Şaiq Həmidov.Hakim-inspektor: Xaqani Məmmədov.Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.

1

Qarabağ

24

14

7

3

40-14

49

2

Qəbələ

24

13

4

7

34-21

43

3

Bakı

24

12

5

7

40-23

41

4

İnter

24

11

6

7

36-27

39

5

Neftçi

24

11

6

7

35-41

39

6

Xəzər L

24

7

10

7

25-33

31

7

Simurq

24

7

9

8

23-19

30

8

AZAL

24

6

8

10

24-34

26

9

Rəvan

24

2

8

14

13-42

14

10

Sumqayıt

24

2

7

15

16-42

13

Bombardirlər: Vaqif Cavadov (İnter), Reynaldo Silva (Qarabağ) - 11. Daniel Subotiç (Qəbələ) - 10. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər