Topaz Premyer Liqasının XXII turunun iki oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər iki qarşılaşmanı "İdman Azərbaycan" kanalı efirə verəcək.
Kanal fevralın 19-da saat 15.00-da AZAL - "Qəbələ" oyununu yayımlayacaq. İki saat sonra isə "Rəvan" - "Qarabağ" matçını izləmək mümkün olacaq.
XXII turun bütün oyunları fevralın 19-da keçiriləcək. Turun mərkəzi oyunu - "Neftçi" - "İnter", həmçinin "Xəzər Lənkəran" - "Bakı" və "Simurq" - "Sumqayıt" matçları proqrama salınmayıb.
Fanat.az