Topaz Premyer Liqasında XX turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı futbolçusu Vaqif Cavadov olub.
Qapıçı: Lukaş Sapela (Rəvan).
Müdafiəçilər: Vanderson Skarduelli (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Bədavi Hüseynov (Qarabağ), İlqar Qurbanov (Qarabağ).
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Riçard Almeyda (Qarabağ), Çumbinyo (Qarabağ), Ağabala Ramazanov (Xəzər Lənkəran).
Hücumçular: Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran).
Fanat.az