Millimiz AÇ-2016-nın seçmə mərhələsində H qrupunda İtaliya, Xorvatiya, Norvaç, Bolqarıstan və Malta ilə mübarizə aparacağını bilirsiz. Bert Foqtsun yetirmələrinin Xorvatiya yığmasına qarşı oyunu üç stadiondan birində keçirə bilər. Fanat.az xəbər verir ki, yerli futbol federasiyası Zaqrebin “Maksimir”, Riekanın “Kantrida” və Osiekin “Qradski vrt” stadionları arasında seçim edir.
Xorvatiyaya qarşı səfər oyunu oktyabrın 13-də, millimizin İtaliya ilə duelindən üç gün sonra baş tutacaq.
Fanat.az