Premyer Liqanın XXIII turunda Xocalı faciəsi yad olunacaq. Fanat.az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqası qərar qəbul edib.
Qərara əsasən bütün komandalar meydana qara sarğı ilə çıxacaq. Eyni zamanda oyundan əvvəl faciə qurbanları bir dəqiqəlik sükutla yad olunacaq.
Qeyd edək ki, Xocalı faciəsindən 22 il ötür.
Fanat.az