Xızıda Federasiya Kuboku

Xızıda Federasiya Kuboku
Martın 22-23-də Xızı rayonunda velosiped idmanının şosse növü üzrə Federasiya Kuboku yarışı keçiriləcək. Fanat.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunacaq yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edəcək.
Proqrama əsasən, martın 22-si, saat 12.00-da startı veriləcək ilk gündə Elit, U-23 və gənclər arasında 26 km, U-17 qızlar arasında 15 km, U-15 yaş qrupu üzrə oğlanlar arasında isə 6 km məsafəyə vaxtla fərdi ötüşmədə ən güclülər müəyyənləşəcək.
Martın 23-ü də yarışlar saat 12.00-da start götürəcək. Həmin gün Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x3,5 km), U-17 qızlar isə 3,5 km məsafədə yarışacaqlar. Yarış zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydaları tətbiq olunacaq.
Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər