Xəstəlik Van Basteni istefaya göndərir

Xəstəlik Van Basteni istefaya göndərir

Hollandiya futbolunun canlı əfsanəsi Marko Van Basten "Alkmaar" klubunun baş məşqçisi vəzifəsindən gedə bilər. Fanat.az xəbər verir ki, bu, onun sağlamlığında yaranmış problemlə bağlıdı.

Klub rəhbərliyi 49 yaşlı mütəxəssisə sentyabrın 14-dək istirahət versə də, bu, təcrübəli mütəxəssisin ürəyindəki nasazlıqların bərpası üçün kifayət etməyib.

Hazırda tərəflər müqavilənin qarşılıqlı şəkildə pozulması barədə müzakirələr aparırlar.

Qeyd edək ki, Van Basten 1988-ci ilin Avropa çempionudu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər