“Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynovun “İnter”ə keçəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətlə üst-ütsə düşür. Fanat.az xəbər verir ki, Hüseynov informasiyanı təsdiqləyib:
“İndidən bu haqda danışmaq istəmirəm. Hələ “Sumqayıt”ın oyunçusuyam. Hamı kimi, mən də “Rəvan”ı necə üstələmək haqda düşünürəm ki, komanda Birinci diviziona düşməsin. “İnter”ə gəlincə, mənə marağı var. Ancaq hər şey mövsümün sonunda həllini tapacaq. Mövsümün sonunda “Sumqayıt”ı tərk etməyim istisna deyil”.
Fanat.az