Vüqarla İlkin sağaldı, Murad gözləyir

Vüqarla İlkin sağaldı, Murad gözləyir
Topaz Premyer Liqasının VII turunda "Sumqayıt"ı qonaq etməyə hazırlaşan "Simurq" artıq çalışmaları bitirmək üzrədi. Fanat.az xəbər verir ki, dünən növbəti məşqinə çıxan "sarı-qaralar"ın heyətində yalnız Murad Səttarlı komandadan ayrı çalışıb. 
Dizindən əməliyyat olunan və hələ də Zaqatala təmsilçisinin formasını geyinə bilməyən Vüqar Mustafayev artıq tam hazırdı. Yüksək temperatur səbəbindən ötən tur "Qarabağ"la görüşdə meydana çıxa bilməyən İlkin Qırtımov da "Sumqayıt"la oyunun hazırlıqlarında iştirak edir. 
Bu gün Georgi Çixradzenin yetirmələri sonuncu məşqinə çıxacaq. Bundan sonra istirahətə çəkiləcək komanda qarşılaşmanın başlama vaxtını gözləyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər