Vüqar Həşimovun xatirə turnirini Karlsen qazandı

Vüqar Həşimovun xatirə turnirini Karlsen qazandı
Şəmkirdə təşkil edilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri bu gün başa çatıb. Fanat.az xəbər verir ki, həlledici - 10-cu turda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb və sülhə razılaşıb. 
Teymur Rəcəbov isə Nakamurayla üz-üzə gəlib və heç-heçə edib. Turnirin qalibi adını Maqnus Karlsen qazanıb. 
A turniri
10-cu tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (İtaliya) 1:0
Turnir cədvəli: Karlsen - 6,5, Karuana - 5,5, Karyakin, Rəcəbov, Nakamura - 5, Məmmədyarov - 3.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər