Vüqar Əsgərovun yeni klubu müəyyənləşdi

Vüqar Əsgərovun yeni klubu müəyyənləşdi
Vüqar Əsgərovun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, Berti Foqtsun bir müddət A millidə oynamaq şansı verdiyi futbolçu AZAL-ın formasını geyinəcək.
Əsgərov bir müddət əvvəl əməliyyat olunub. O, sağaldıqdan sonra komandanın sıralarına qoşulacaq. Futbolçu hələ oynamağa hazır olmasa da, AZAL onun adını transfer pəncərəsinin sonunadək sirariş ərizəsinə salacaq.
Qeyd edək ki, yayda Latviyanın "Metallurq" klubundan "Sumqayıt"a keçən Əsgərov 12 oyunda 2 qol vurub. O, gənclik şəhəri təmsilçisini qış fasiləsi başlamadan tərk edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər