Yuri Syomin "Tavriya"nı çalışdıra bilər. Fanat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda bildiribir ki, Rusiyanın idman naziri Vitali Mutko ilə prezident Vladimir Putinin son görüşündə Krım klubları - “Tavriya” və “Sevastopol”un gələcək taleyi də müzakirə olunub. Görüşdə hər iki kluba rusiyalı mütəxəssislərin təyin olunması qərara alınıb.
Məlumata görə, Rusiya rəhbərliyi “Sevastopol”u Valeri Qazzayevə tapşırmaq niyyətindədi. Plana əsasən "Tavriya"nın başına bu yaxınlarda "Qəbələ"dən ayrılması gözlənilən Yuri Syomin keçməlidi. Hər iki klubunu məşqçilərinin müqaviləsi ilə bağlı maliyyə təminatını “Qazprom” üzərinə götürməyə hazırdı. Rusiya şirkətinin klubların həyat fəaliyyətinin də maliyyə dəstəyini təmin edəcəyi istisna deyil.
Fanat.az