Daim qalmaqallı açıqlamaları ilə gündəmə gələn Joze Mourinyo ötən həftə "Arsenal"ın baş məşqçisi Arsen Vengeri hədəfə almışdı. "Çelsi"nin portuqaliyalı çalışdırıcısı fransız həmkarını "uğursuz" adlandırmışdı.
"Uğursuzluq üzrə mütəxəssis Vengerdi, mən deyiləm. 8 ildə bir kubok qazanmamaq uğursuzluqdu. Əgər Roman Abramoviç mənə kuboksuz 8 il versəydi, bunu istəməzdim. Sadəcə, 4 illik müqaviləmi istəyərdim" deyə Mourinyo Vengerlə bağlı çıxışında bildirmişdi.
Fransız mütəxəssis həmkarının açıqlamalarına "Liverpul" üzərində ötən axşam qazanılan 2:1 hesablı qələbədən sonra münasibət bildirib. Fanat.az xəbər verir ki, belə axmaq və hörmətsiz açıqlamalar haqqında danışmaq istəmədiyini qeyd edən Venger "Onun haqqında daha əvvəl danışmadım və bu gün də danışmayacam. Bu açıqlamaları məndən çox "Çelsi" üçün ayıbdı" deyib.
Fanat.az