Türkiyənin PTT 1-ci liqasında IV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 3 futbolçumuzun çıxış etdiyi "Qaziantep BB" "Antalyaspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Futbolçularımızdan yalnız biri - Ufuk Budak start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Vaqif Cavadov 63-cü dəqiqədə Mehmet Nası əvəzləyib. Rəhman Hacıyev isə ehtiyatda qalıb.
Qeyd edək ki, "Qaziantep BB" 4 oyunda 3 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.
Fanat.az