Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Anadolu Selçukluspor"un qonağı olub.
Baş məşqçi Nurullah Sağlam Ufukun adını "18-liy"ə salmayıb. Rəhmana start heyətində şans verən çalışdırcı Vaqifi 24-cü dəqiqədə İbrahim Ferdi Coşkunun yerinə meydana buraxıb.
Oyun "Qaziantep BB"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 29-cu dəqiqədə avtoqola imza atan Özgür Öçal rəqibi sevindirsə də, 53-cü dəqiqədə Vaqif bərabərliyi təmin edib. Rəhman isə 71-ci dəqiqədə qələbə qoluna imza atıb.
Qeyd edək ki, Vaqif "Qaziantep BB"nin heyətində rəsmi oyunlarda ikinci qolunu vurub. O, PTT 1-ci liqanın I turunda "Boluspor"un qapısına yol tapmışdı. Rəhman isə yeni klubunda ilk rəsmi qoluna imza atıb.
Fanat.az