Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək cavab oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmaları serb və ingilis hakimlərə tapşırıb.
"Mestalla" stadionunda baş tutacaq "Valensiya" - "Sevilya" oyununda ədaləti serb FIFA referi Milorad Majiç qoruyacaq. "Yuventus Arena"dakı "Yuventus" - "Benfika" matçında isə ingilis Mark Klattenburq fit çalacaq.
Fanat.az