Umut oynadı, Timur heyətə düşmədi

Umut oynadı, Timur heyətə düşmədi
Türkiyə Kubokunda 2-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Umut Sönmezin çıxış etdiyi "Orduspor" "Düzyurtspor"u qəbul edib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. "Orduspor" əlavə vaxtda bir qol vuraraq qələbə qazanıb - 2:1. Start heyətində yer alan Umut fasilədə Serdar Deniztərəfindən əvəzlənib.
U-21-in digər sabiq üzvü Timur Temeltaşın çıxış etdiyi "Altınordu" isə "Menemen Bələdiyyəspor" 2:0 hesabı ilə yenib. Timurun adı "18-liy"ə salınmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər